Türkiyə lirəsi rekord səviyyədə dəyərsizləşib

  • By admin
  • 08 Oktyabr 2020 14:38

Regiondakı geosiyasi risklərin kəskin artması fonunda Türkiyə lirəsi çərşənbə günü ABŞ dollarına nisbətən tarixi minimumu yeniləyib.

Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə valyutası bir gün əvvəl qeydə alınan əvvəlki rekordu (7,88) yeniləyərək 1 ABŞ dolları=7,89 Türkiyə lirəsi səviyyəsinə düşüb.

Rəsmi Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlər son zamanlarda Türkiyənin Aralıq dənizinin şərqində apardığı və Yunanıstanla Kiprin narazılığına səbəb olan geoloji kəşfiyyatın intensivləşməsi səbəbindən pisləşib.

Bundan əlavə, mütəxəssislərin fikrincə, lirənin dəyərsizləşməsinin səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların bərpasıdır.

Rusiyadan alınan “S-400” ZRK-ların Türkiyə ərazsində sınaqdan keçiriləcəyinə dair yerli mətbuatda yayılan xəbərlərdən sonra Vaşinqtonun Ankaraya qarşı sanksiya tətbiq etmə ehtimalı ilə bağlı narahatlıqlar da lirəyə əlavə təzyiq göstərir.

Qeyd edək ki, bu ilin əvvəlindən bəri lirə dollara nisbətən 24%-dən çox ucuzlaşıb. Bu, “emerging markets” valyutaları arasında Braziliya realından sonra ən pis dinamikadır.

 

 

Gununsesi.info