Türkiyə Rusiya neftindən imtina edir

  • Müəllif: Ayshan
  • 02 Noyabr 2025 20:45

Türkiyənin ən böyük neft emalı zavodları Qərbin sanksiyalarından sonra Rusiyadan neft idxalını azaldıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki mənbə və sahəyə yaxın bir neçə şəxs məlumat verib.

Məlumata görə, Rusiya neftinin əvəzinə İraq, Qazaxıstan və digər ölkələrdən dörd yeni partiya xam neft alınıb.

Yeni sifarişlər dekabr ayında çatdırılacaq. Gündəlik 77–129 min barel qeyri-rus mənşəli neft tədarükü ediləcək.

Gununsesi.info