Türkiyədə sərbəst buraxılan bələdiyyə sədri yenidən həbs edilib

  • By Admin08
  • 06 Sentyabr 2025 19:24

Türkiyədə bir gün əvvəl barəsində sərbəst buraxılma qərarı verilən Beykoz bələdiyyə sədri Alaattin Köselerlə bağlı yeni qərar qəbul edilib.

Gununsesi.info xəbər verir ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu CHP-dən olan Beykoz bələdiyyəsinin sədri Alaattin Köselerin azadlığa buraxılması ilə bağlı qərara etiraz edib.

Məhkəmə vəsatəti qəbul edərək A.Köselerin yenidən həbs olunmasına qərar verib.