Türkiyəli nazir qollarını çırmalayıb avtomobil yudu – GÜNDƏM OLDU / FOTOLAR

  • By admin
  • 21 Aprel 2023 11:59

Türkiyənin Sənaye və Texnologiya Naziri Mustafa Varank davranışı ilə diqqətləri üzərinə toplayıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir “Bayram Təmizliyi” yazısı ilə qollarını çırmalayaraq yerli və milli avtomobil – “TOGG”u yuyub.

Nazir iş proqramından sonra 16BRS 99 nömrə nişanlı avtomobili çevrəsində gəzərək yan, ön və arxa qisimlərini su ilə təmizləyib.

 

Əlinə yuyucu kisəsi alan Varank bu addımı ilə vətəndaşların diqqətini çəkib.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info