Türkiyənin daha bir klubunun futbolçularında koronavirus aşkarlandı

  • By admin
  • 12 Noyabr 2020 21:34

Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor” komandasının 4 üzvü koronavirusa yoluxub.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 futbolçunun və bir klub işçisinin testi müsbət nəticə verib.

Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl “Göztepe” klubunda koronavirus aşkarlanıb.

 

 

Gununsesi.info