Türkiyədə yenidən zəlzələ oldu

  • By Günel
  • 14 Avqust 2025 19:56

Türkiyənin Balıkesir şəhərində 4 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Sındırğı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 10.97 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

 

Gununsesi.info