Türkmənistanın birinci xanımı İLK DƏFƏ kamera qarşısına çıxdı – 15 ildən sonra

  • By admin
  • 29 Noyabr 2021 11:17

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oğulgərək Berdiməhəmmədovanın mətbuatda ilk dəfə fotosu yayılıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib. Səfər çərçivəsində Türkiyə və Türkmənistan dövlət başçılarının və xanımlarının görüşü baş tutub. Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkmənistan birinci xanımının da yer aldığı fotonu öz tviter hesabında paylaşıb. Bu foto qısa müddətdə dünya mediasının diqqətini çəkib.

Məlumat üçün bildirək ki, Türkmənistan mediası birinci xanımın fotosunu heç vaxt yayımlamayıb. O, ziyafətdə iştirak edib, lakin kamera birinci xanıma yönəlməyib.

Qurbanqulu Berdiməhəmmədov övladları və nəvələrinin əhatəsində tez-tez tədbirlərdə və televiziya kadrlarında görünsə də, həyat yoldaşı həmişə kameranın gözündən kənarda olub.

Qeyd edək ki, birinci xanımın tərcümeyi-halı barədə də internet resurslarında məlumat yerləşdirilməyib.

KİV-ə sadəcə bu informasiya məlumdur: Q.Berdiməhəmmədovun O.Berdiməhəmmədovadan 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.

Gununsesi.info