Ukrayna hərbçiləri Rusiya alayının komandirini öldürüblər

  • Müəllif: Günel
  • 26 İyul 2025 22:42

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı alayının komandirini öldürüb.

Gununsesi.info “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qüvvələr qrupunun bəyanatında bildirilib.

Əməliyyat məlumatlarına görə, öldürülən komandir, polkovnik Lebedev Xarkov vilayətində Velikoburluk istiqamətində hücum əməliyyatlarına rəhbərlik edirdi.

Gununsesi.info