Ukrayna ordusundan ruslara AĞIR ZƏRBƏ

  • By admin
  • 20 Mart 2022 11:20

“Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Rusiyanın 3 döyüş helikopterini vurub. Qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib. Düşmən qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır: “Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman pereparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər. Nəzarət etdikəri ərazilərdə Rusiya hərbçiləri Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyətləri üçün güzəştlər vəd edirlər. Məlum olub ki, Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiya paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbçilərindən yalnız biri sağ qalıb. O da hazırda hospitaldadır”.

Məlumatda deyilir ki, yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər görür. Onların gələcək xidməti barədə qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti qəbul edəcək.

Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. Səfərbərlik üçün yaş həddini 65-ə qaldırıblar. Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqələrinə gəlir.

Gununsesi.info