Ukrayna səfiri xalqımızı təbrik etdi

  • By admin
  • 20 Mart 2022 11:35

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, səfirin bayram təbrikində deyilir:

“Qardaş Azərbaycan xalqını baharın, təbiətin canlanmasının, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə təbrik edirəm! Ukraynaya bahar əvəzinə müharibə gəlsə də, əminəm ki, ailə rahatlığının bəxş etdiyi xoşbəxtliyi, siz – əziz azərbaycanlılar kimi, əsl dostlarla mehriban, səmimi və əyləncəli görüşləri yenidən hiss etmək üçün bu qaranlığa qalib gələcəyik. Novruz bayramınız mübarək!”

Gununsesi.info