Ukraynada dünyanın 52 ölkəsinin vətəndaşı döyüşür

  • By admin
  • 12 Mart 2022 11:30

Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsi döyüşür.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir.

Belə ki, könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.

Gununsesi.info