Ukraynadan gecə yarısı əməliyyatı! Rusların silah-sursat anbarına vuruldu: 100 ölü, 200 yaralı – VİDEO

Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətində Rusiya silah-sursat anbarı Ukrayna ordusu tərəfindən vurulub. 

Gununsesi.info xəbər verir ki, Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, hücum nəticəsində 100-dən çox adam ölüb, 200 nəfər yaralanıb.

Ukrayna ordusu dünəndən etibarən Donbas bölgəsindəki bir çox şəhərə hücumlar təşkil etdiyini açıqladıqdan sonra bir-birinin ardınca Rusiya ordusunun nəzarətində olan şəhərlərə hücum xəbərləri gəlməyə başlayıb.

Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətində Rusiya silah-sursat anbarı Ukrayna tərəfindən vurulub. Ukrayna mətbuatının yerli mənbələrə istinadən verdiyi xəbərdə, Ukrayna ordusunun axşam saatlarında başlatdığı hücumların Rusiyanın Nova Kaxovka şəhərindəki sursat anbarına da raketlərlə hədəfləndiyi bildirilib. Sursat anbarında baş verən böyük partlayışlardan sonra yanğın başlayıb.

Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç sosial media hesabından verdiyi açıqlamada bildirib ki, dünən Nova Kaxovka şəhərində Xerson vilayətində 49-cu Ordu Komandanlığı, hava qüvvələri və hava hücumundan müdafiə raketlərinin anbarlarına hücum edilib. İlkin məlumata görə, , 100-dən çox ölüb, yarısı isə ağır yaralanıb: “Ümumilikdə 200 nəfər yaralanıb. Bəziləri sağ qalmayacaq. Yaralı və ölənlərin bəziləri üçün təxliyə qrupları yaradılıb”.

Digər tərəfdən, həm Ukrayna, həm də Rusiya tərəfindən sursat anbarında baş verən partlayışlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Gununsesi.info