Ukraynanın müxtəlif əraziləri PUA hücumuna məruz qalıb

  • By Admin08
  • 03 Sentyabr 2025 08:24

Rusiya ordusu növbəti dəfə Ukrayna ərazisini yüzlərlə PUA göndərib.

Gununsesi.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri PUA-ların əksəriyyətinin Ukraynanın qərbi istiqamətində hərəkət etdiyini açıqlayıb.

Dronların Vinnitsa, Xmelnitski, Poltava, Kirovoqrad, Mykolayiv vilayətlərinin üzərində müşahidə olunduğu bildirilir.

Dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.