Uşaqları daşıyan avtobus qəzaya düşdü

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 13:07

Rusiyanın Saratov vilayətində avtobus qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin sosial şəbəkədə bildirib.
Qubernator qəzada xəsarət alanların sayının 10-a çatdğını qeyd edib.

Təcili yardım xidmətlərinin məlumatına görə, avtobusda 2 böyük və 23 uşaq olub. Sürücü həlak olub.

Bütün yaralılar Petrovsk Mərkəzi Rayon Xəstəxanasın aparılıb.

Uşaqlar Yerşovdan Penzaya ekskursiyaya gedirmişlər.

Gununsesi.info