ÜST-dən koronavirus XƏBƏRDARLIĞI

  • By admin
  • 20 İyul 2022 09:12

Koronavirusa yoluxma hallarının yenidən sürətlə artmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qarşıdakı payız-qış mövsümündə vəziyyətin ağırlaşacağından narahatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə büronun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, hazırda vəziyyətin ötən ilin yayındakına oxşar olduğu aydındır, lakin omikron ştamının alt variantları BA.2 və BA.5 yüksək yoluxuculuq gücünə malikdir və hospitalisaziya sayının artımı yayın sonunda vəziyyəti gərginləşdirə bilər. Bir tərəfdən tədris ilinin başlaması, insanların səyahət və məzuniyyətdən geri dönməsi, digər tərəfdən isə havaların soyuması epidemioloji vəziyyətə öz təsirini göstərəcəkdir.

Qeyd edilib ki, son altı həftədə 53 ölkəni əhatə edən Avropa regionunda koronavirusa yoluxma halı üç dəfə artıb. Təkcə ötən həftə 3 milyon yoluxma halı qeydə alınıb və bu, bütün dünya üzrə yeni yoluxmaların yarısına bərabərdir.

H.Kluqe bildirib ki, Avropa regionundakı rəsmi orqanlar və səhiyyə qurumları qarşıdakı aylara hazırlıqlı olmaq üçün indidən fəaliyyətə başlamalıdırlar. Payız başlayandan sonra atılan addımlar fayda verməyə bilər.

Gununsesi.info