ÜST elan etdi: Bu ştamm daha yoluxucudur

Koronavirusun “delta” variantı “mü” variantından daha yoluxucudur.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Maria van Kerxove bildirib.

HTML tutorial

O qeyd edib ki, həm “delta”, həm də “mü” ştammlarının görüldüyü ölkələrdə “delta” variantı daha çox üstünlük təşkil edir: “Kolumbiyada “mü” variantı ön plandadır, lakin hər iki variantın mövcud olduğu ölkələrdə “delta” sözügedən ştammı geridə qoyur. Hazırda “mü” variantı 50 ölkədə aşkar edilib və Cənubi Amerikada yoluxma hallarının təxminən 30 faizini təşkil edir. “Delta” variantı ən çox yayılmış ştammdır. 185-dən çox ölkədə yayılıb. Bu ştamm daha çox yoluxuculuq qabiliyyətinə malikdir və digər virusları əvəz edir”.

Gununsesi.info