ÜST ELAN ETDİ: Bir il ərzində hər ölkədə 70% insan...

Təşkilatın koronavirusla mübarizədə məqsədi 2022-ci ilin sentyabrına qədər hər ölkədə əhalinin 70 faizinin vaksininasiyasıdır.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

HTML tutorial

O bildirib ki, QİŞS, Alzheimer kimi xəstəliklərə qarşı hər hansısa bir peyvənd yoxdur, ancaq COVID-19 ilə bağlı hər şey fərqlidir: “Pandemiya bizim nəzarətimizdə ola bilər. İnsanların həyatını qurtarmaq üçün hər şeyimiz var. Hədəfimiz növbəti ilin sentyabr ayına qədər hər ölkədə 70% insanın peyvənd olunmasını təmin etməkdir. Məqsədimiz qlobal bərpadır ki, bu yolla da pandemiyaya son qoya bilərik. Sentyabr ayına qədər əhalinin 70 faizinin vaksininasiyası hədəfinə çatmaq üçün 11 milyard peyvəndə ehtiyacımız olacaq. Bunun üçün təcili tədbirlər görülməlidir. Bu, görünməmiş bir böhrandır və fövqəladə də tədbirlər tələb edir”, – Gebreyesus qeyd edib.