Üzeyir bəyin Hadrutda işlədiyi məktəb - VİDEO

  • By Günel
  • 19 Sentyabr 2024 15:14

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 18 sentyabr Milli Musiqi Günü ilə bağlı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Hadrutda işlədiyi məktəbdən videohekayə hazırlayıb.

Gununsesi.info Kult.az- a istinadən xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun təqdim etdiyi videohekayədə 1904-ci ilin sentyabrında Qori Müəllimlər Seminariyasının məzunu, 19 yaşlı Üzeyir Hacıbəyovun Hadrut kənd məktəbində müəllim kimi fəaliyyət göstərməsinə diqqət çəkilib.

Tarixi məktəbin işğal illərində dağıdılması da videoda əksini tapıb.

 

Gununsesi.info