Vəkillər Kollegiyasından örnək addım: Ayrılan pulun çoxunu dövlətə geri qaytardı

  • By admin
  • 19 Yanvar 2021 11:04

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ötən il dövlət tərəfindən ayrılan vəsaitin yarıdan çoxunu dövlət büdcəsinə geri qaytarıb.

 

Gununsesi.org həmin quruma istinadən bildirir ki, ötən  il dövlət başçısı İlham Əliyevin fərmanı ilə 2020-ci ilin dövlət büdcəsində Vəkillər Kollegiyasına 5,5 milyon manat ayrılmışdı.

2020-ci il ərzində dövlət hesabına göstərilən hüquqi yardıma görə, ümumilikdə 62 vəkil qurumunda fəaliyyət göstərən vəkillərə və 43 fərdi qaydada fəaliyyət göstərən vəkilə ödənişi nəzərdə tutan 21 913 qərar icra edilib.

Ümumilikdə, bu təyinat qərarları üzrə 2 664 167 manat vəsait sərf edilib. Həmin pul vəsaiti dövlət büdcəsindən bu məqsədlə Vəkillər Kollegiyasına ayrılmış pulun 48 %-ni təşkil edir.

Ötən il üzrə xərclənməmiş vəsaitin ümumi qalığı 2 855 083 manat olub və məbləğ ilin sonuna xəzinə hesabının qalığı vahid xəzinə hesabına geri ödənilib.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan məbləğlər birbaşa Kollegiya tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.

Gununsesi.org