Vətənə dönən Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

  • By admin
  • 25 Sentyabr 2022 19:35

20 ildən sonra Azərbaycana dönən tanınmış bəstəkar Cavanşir Quliyevin Bakıda yaradıcılıq gecəsi keçiriləcək.

Bu barədə Gununsesi.info-ya tanınmış bəstəkarımızın özü bildirib.

Onun sözlərinə görə, 14 oktyabrda Mədəniyyət Nazirliyinin təşkil etdiyi yaradıcılıq gecəsində ilk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək.

“Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək”.

Günay