Vətən Müharibəsi Qəhrəmanı haqda kitab yazıldı

  • By admin
  • 07 Sentyabr 2022 12:34

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov haqqında yazılan “Vətən sevdalısı” kitabı çap olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə kitabın müəllifi, jurnalist Pünhan Əfəndiyev bildirib.

“Bu kitab Əfqan Abdurahmanovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır”, – müəllif deyib.

Gununsesi.info