Vaşinqtonda ABŞ bayraqları yandırılıb

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərinə etiraz edən Fələstin tərəfdarları Vaşinqtondakı qatar stansiyasının qarşısındakı Amerika bayraqlarını cıraraq yandırıblar.

Gununsesi.info xarici mediaya xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahunun İsrailin Qəzza zolağında hərbi cinayətlərinə görə həbs olunmasını tələb edən etirazçılar bayraq dirəklərini endirib, sonra Amerika bayraqlarını yandırıblar”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl fəallar Netanyahunun başçılıq etdiyi İsrail nümayəndə heyətinin qaldığı Vaşinqtondakı Watergate otelinə həşərat sürfələrini səpələyiblər.

Bundan əvvəl Benyamin Netanyahu Konqresdə çıxışı zamanı ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər yeni alyans yaratmağı təklif etmişdi.

Onun sözlərinə görə, belə bir blok “İran təhlükəsi”nə qarşı yönələcək.

 

 

 

Şəbnəm

Gununsesi.info