Viktor Balaşov vəfat etdi

  • By admin
  • 23 İyun 2021 21:04

Sovet televiziyasının diktoru Viktor Balaşov vəfat edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

96 yaşlı aparıcının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Viktor Balaşov 1924-cü ildə Moskvada doğulub. 1944-cü ildən Ümumittifaq radiosunda diktor kimi fəaliyyətə başlayıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçuşu barədə ilk məlumatı efirdə Balaşov səsləndirib.

Gununsesi.info