Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı

  • By admin
  • 10 Fevral 2023 13:03

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Çələbiyev vəzifədən azad edilib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. E.Çələbiyev işdən çıxarılaraq sərəncama götürülüb, onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, daha əvvəl Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışmış E.Çələbiyev 2017-ci ildən 23-cü PB-yə rəhbərlik edirdi.

Gununsesi.info