Xəzər Media Mərkəzinin adından istifadə edən şəxs saxlanılıb - VİDEO

  • By admin
  • 24 Yanvar 2023 09:17

Xəzər Media Mərkəzinin adından istifadə edən şəxs polis tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin şəxs gənc qızı aldadaraq onu Xəzər TV-də işə düzəldəcəyinə söz verib. Hətta bunun müqabilində pul da alıb. İşə düzəldəcəyi şəxsdən növbəti dəfə pul alan şəxsi polis elə “iş başında” saxlayıb. Hazırda polis həmin şəxsin digər oxşar cinayətlərinin olub-olmamasını araşdırır.

Gununsesi.info xəbər verir ki, belə bir hadisə paytaxt sakini Gülsüm Seyidovanın başına gəlib.

İş elanlarının olduğu vatsap qrupunda tanış olduğu bir şəxs onu həm aldadıb, həm də pulunu alıb.

Həmin şəxs Gülsüm Seyidovaya Xəzər Media Mərkəzində vakansiyanın olduğunu bildirib və işə düzəltmək üçün ondan sənədlər və pul istəyib.

Bütün sənədlərini toplayan Gülsüm sonra həmin şəxslə görüşüb. Sənədlərini və “Press kart” üçün tələb olunan vəsaiti ona təqdim edib.

Gununsesi.info