Xalq artisti dünyasını dəyişdi

  • By admin
  • 21 Mart 2021 17:08

Xalq artisti Ramiz Məmmədov vəfat edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun sənət dostları məlumat yayıb. Tanınmış aktyorun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru olan R. Məmmədov 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

Gununsesi.info