Xalq artisti Şabranda dəfn olunacaq

  • By admin
  • 25 Noyabr 2020 10:08

Dünən Kliniki Tibbi Mərkəzdə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov bu gün Şabranda dəfn olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O bildirib ki, aktyor ata və anasının yanında dəfn olunmağını vəsiyyət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əjdər Həmidov insultdan əziyyət çəkirdi.

Gununsesi.info