Xankəndində mülki əhali silahlandırılır

  • By admin
  • 10 Noyabr 2021 19:09

Xankəndində qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Arayik Artyunuyan yerli əhalini silahlanmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, A.Arutyunyan  yaydığı açıqlamasında bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün silah saxlamaq haqqında “qanuna” dəyişikliklər olunacağını bildirib.

Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Arayik bildirib ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

Gununsesi.info