Xaricdə sığınacaq almış idmançı qadın İrana döndü - Rəhbərə təşəkkür etdi

  • By Ayshan
  • 12 Dekabr 2025 22:08

Atifə Əhmədi İranın keçmiş alpinizm və xizək üzrə milli üzvü olaraq, üç il Almaniyada qalmaq və qaçqın statusunda yaşadıqdan sonra ölkəyə qayıdıb.

Gununsesi.info bildirir ki, bu barədə onun “Instagram” səhifəsində yazıb: “Əziz və hörmətli həmvətənlərə salam. Bildirmək istəyirəm ki, hazırda öz ölkəm, İrandayam. Şübhəsiz ki, ölkəm, torpağım və vətənim mənim üçün dünyanın ən təhlükəsiz yeridir. Bir iranlı olaraq İranı hər zaman özümün təhlükəsiz evi bilmişəm. Ali Rəhbərin dəstəyi və köməkliyi ilə ailəmin isti ocağına dönə bildim.”

Ayşən
Gununsesi.info