Xızıda iki qardaş facəvi şəkildə öldü

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2025 14:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev və 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

***

Xızıda kanalda batan iki nəfərdən birinin meyiti tapılaraq sudan çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

Gununsesi.info