“Xocalı Hava Limanı sülhməramlılar üçün işləyəcək…” – David Babayan

  • By admin
  • 15 Yanvar 2021 16:32

Qondarma qurumun xarici işlər naziri David Babayan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə Stepanakert hava limanının böyük ehtimalla sülhməramlılar üçün ilkin mərhələdə istismar ediləcəyini söyləyib.

“Düşünürəm ki, hava limanı istismar ediləcək, sadəcə vaxt lazımdır. Bu anda, fikrimcə, hər şey ilk növbədə sülhməramlıların ehtiyaclarını və təhlükəsizlik məsələlərini təmin etmək üçün hərbi bir obyekt kimi fəaliyyət göstərəcəyinə doğru gedir “,- deyə o bildirib.
Onun sözlərinə görə, bundan sonra, bu obyektin mülki məqsədlər üçün istifadə edilməsi üçün addımlar atılmasına başlanacaq.
“İstismar ediləcəyinə, demək olar ki, şübhə etmirəm. Hərbi bir obyekt olaraq bunun fəaliyyət göstərəcəyini düşünürəm ”, deyə Babayan yekunlaşdırıb.
Xocalı hava limanı 1974-cü ildə tikilib, əsasən İrəvan və Bakıya uçuşlar həyata keçirilib. 90-cı illərin əvvəllərində Qarabağ münaqişəsi illərində hava limanı hərbi ehtiyaclar üçün xidmət edirdi. Sonra istismarı dayandırıldı. Yenidənqurma işlərindən sonra hava limanı texniki cəhətdən artıq 2012-ci ildə işə hazır idi, lakin Bakı Xankəndinə uçuşları Azərbaycanın hava məkanının pozulması kimi qəbul edəcəyini xəbərdar etdi və təyyarələri enməyə məcbur edəcəyini istisna etmədi. Hava limanından davamlı mülki üçüşlar həyata keçirilməyib.
Gununsesi.info