Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info–ya verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.
Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.












