YAP Gəncə şəhər təşkilatının sədri vəzifədən azad edilib

  • By admin
  • 16 Mart 2023 19:56

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifədən azad edilib.

YAP mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

Qeyd edilib ki, Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Gununsesi.info