Yaponiya hökuməti 16-28 fevral tarixləri arasında İturup adasının yaxınlığında həyata keçiriləcək təlimlər çərçivəsində atəş açılması ilə bağlı diplomatik kanallar vasitəsilə Rusiyaya etirazını bildirib.
Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.
Rusiya tərəfi təlimlər zamanı atəş açılacağı ilə bağlı Yaponiya hakimiyyətini əvvəlcədən məlumatlandırıb. “Dörd şimal adasında hərbi iştirakın (Rusiyanın) güclənməsini qəbuledilməz hesab edirik”, – etiraz mətnində bildirilir.
Artıq bir neçə onillikdir ki, rəsmi Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə əsasən sülh müqaviləsinin işlənib hazırlanması məqsədilə məsləhətləşmələr aparır. Əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlıdır. Belə ki, müharibə başa çatdıqdan sonra arxipelaq tam şəkildə Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan adaları və kiçik adalar qrupuna iddia edir.
Gununsesi.info