Şimali Koreya çərşənbə axşamı səhər yeddi qısa mənzilli ballistik raket buraxıb.
Gununsesi.info xəbər verir ki, bu haqda məlumatı Yaponiyanın müdafiə naziri Gen Nakatani FNN telekanalına bildirib.
“Ən azı yeddi raket 100 km uçuş hündürlüyündə 400 km uçub”, – deyə o bildirib.
Qeyd edək ki, raketin buraxılması barədə daha əvvəl Yaponiyanın Sahil Mühafizəsi məlumat vermişdi.
Raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü bildirilir.
Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Pxenyana etiraz edib.