Yaponiyada güclü zəlzələdə 9 nəfər xəsarət alıb - VİDEO

  • Müəllif: Firuzə
  • 06 Yanvar 2026 19:40

Yaponiyanın qərbində 6,4 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info  xəbər verir ki, bu haqda “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb. Bildirilir ki, zəlzələ Şimane, Tottori, Okayami və Xirosima prefekturalarında daha güclü hiss olunub.

Gununsesi.info