Artıq 2025-ci ilin bitməyinə sayılı günlər qalıb.
Bu münasibətlə, müxtəlif yerlərdə müxtəlif konsert proqramları da təşkil olur.
Kimisi bayramı Azərbaycanda, kimisi də xaricdə keçirəcək.
Bəs görəsən, yazıçılar Yeni ili necə qarşılayacaq?
Gununsesi.info bu barədə yazıçılar arasında sorğu keçirib:
Yazıçı Vüqar Van bildirib ki, Yeni ili ailəsi ilə birlikdə Lerik rayonunda qarşılayacaq.
Nadir Yalçın isə bildirib ki, o, bu il ümumiyyətlə bayramı qeyd etməyəcək, buna görə də evdə olacaq.
“Onsuz da, bayramları evdə qeyd etməyi sevirəm, hər zaman da belə etmişəm”.
“Əvvəllər xaricdə qarşıladığım olub, ancaq bu il üçün belə bir planım yoxdur, Azərbaycanda, həm evdə, həm də yaxın dostlarla qeyd edəcəm”,– deyə bu sözləri də İlham Əziz bildirib.
Şair Şəhriyar del Gerani də bayramı İmişli rayonun da, ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib.
Son olaraq Orxan Həsəni isə bayramı heç bir xüsusi yerdə, heç kimlə xüsusi olaraq qeyd etməyəcəyini bildirib.
Orxan Həsəni onu da vurğulayıb ki, o, heç vaxt bayramları sevməyib və qeyd etməyib. Bu ildə bu ənənəsinə sadiq qalacaq.
Orxan












