Yerliqayaya hücum: - Qurtulmuş CHP sədrinə zəng etdi

  • By Admin2
  • 20 Noyabr 2024 17:40

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş parlament binasında daxili işlər naziri Əli Yerliqayaya hücumla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ zəng edib.

Gununsesi.info Report-a istiandən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

N.Qurtulmuş sözügedən məsələ ilə bağlı müxalifət liderinə narahatlığını bildirdiyini diqqətə çatdırıb:

“Ona dedim ki, bugünkü hadisə xalqımızın əksər hissəsini narahat edən çirkin görüntüdür”.

Parlament sədri hücumun qəbuledilməz olduğunu bildirib:

“Parlament müzakirə və siyasi mübarizə yeridir, heç bir millət vəkilinin xalq üçün çalışan bir nazirə hücum edəcəyi yer deyil”.

Qeyd edək ki, bu gün CHP üzvləri TBMM-də Ə.Yerliqayaya hücum edib.

Gununsesi.info