Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.
Gununsesi.info-nun xəbərinə görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.
Gununsesi.info xatırladır ki, videonun çəkildiyi tarix məlum deyil. Ehtimal olunur ki, olay qış aylarında çəkilib.
Gununsesi.info












