Yunanıstanda daha 13 miqrant öldü

Yunanıstanın Paros adası yaxınlığında mühacirləri daşıyan qayığın batması nəticəsində azı 13 nəfər ölüb. 60 nəfər isə xilas edilib.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, ölkədə bir həftə ərzində üçüncü dəfə miqrant qayığının batması qeydə alınıb.

HTML tutorial

Beləliklə, çərşənbə günündən bəri ümumilikdə 27 nəfər həyatını itirib.

7 itkinlə bağlı sahil sularında axtarışlara başlanılıb.

Gununsesi.info