Yunanıstanda silahlı hücum: Çoxlu sayda adam öldü

  • By arzu
  • 12 Sentyabr 2023 17:35

Yunanıstanda silahlı hücum olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı olay zamanı 6 nəfər ölüb.

Şəhərətrafı Artemidada yaşanan silahlı hücumdan sonra olay yerinə polis işçiləri gəlib.

Yaşanan silahlı qarşıdurmanı Yunanıstanın dövlət televiziyası təsdiq edib.

Polislər hadisə yerindən avtomobillərlə qaçmağa çalışan cinayətkarların yaxalanması üçün geniş əməliyyatlar başladıb.

Hazırda polis əməkdaşları istintaq araşdırmalarına davam edirlər.

Yerli mətbuat yaşanan silahlı qarşıdurmanı “mafiya hesablaşması” oalraq yazır.

Ölənlər Albaniya mənşəlidirlər.

 

Tərcümə: Arzu

Gununsesi.info