Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı - VİDEO

  • By admin
  • 08 Fevral 2023 13:26

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Gununsesi.info Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb.

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.

Hadisənin videosunu təqdim edirik:

Gununsesi.info