Zaxarovadan erməni jurnalistə şillə kimi CAVAB -VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Ermənistandan olan jurnalistə irad bildirib.

Belə ki, erməni jurnalist brifinq zamanı Zaxarovaya ünvanlandığı suala guya Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə hücum etməsi və infrastruktura zərbələr endirməsi fikirləri ilə başlayıb. Zaxarova jurnalisti sualı düzgün verə bilməməkdə günahlandıraraq onun sözünü kəsib:

“Bu, Rusiya XİN-in rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin brifinqi deyil. Ona görə də xahiş edirik ki, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın”.

Gununsesi.info