
Türkiyə prezidenti Ərdoğan İstanbulda Ukrayna prezidenti Zelenski ilə görüşəcək.
Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi açıqlanıb.
“Möhtərəm prezidentimiz sabah Ukrayna prezidenti Zelenski ilə görüşməyi nəzərdə tutur.”
Bildirilir ki, keçirələcək görüşdən sonra mətbuat konfransı gözlənilir.
“TRT Haber”in məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də başa çatacaq Taxıl Dəhlizi sazişi də müzakirə olunacaq.
Qeyd edək ki, Ərdoğanın Zelenski ilə sonuncu təkbətək görüşü 2022-ci ilin avqustunda Ukraynanın Lvov şəhərində olub.
Tərcümə
Şəbnəm
Gununsesi.info