Zelenski azad edilmiş İzyum şəhərinin mərkəzində- FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Ukrayna ordusu tərəfindən azad edilmiş İzyum şəhərinə səfər edib.

V.Zelenski şəhəri Rusiya ordusundan azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, əməliyyatın icrasında göstərdikləri qəhrəmanlığa görə onlara təşəkkür edib.

Zelenski İzyum şəhərində Ukraynanın dövlət bayrağını qaldırıb.