Zelenski Hikmət Cavadı təltif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Konstitusiya Günü ilə bağlı imzaladığı fərmanla bir neçə nəfəri təltif edib.

Gununsesi.info xəbər verir ki, təltif olunanlar arasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad da var.

Fərmana əsasən, Hikmət Cavad III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsini icra edir.

Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibidir. O, 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Gununsesi.info