Zelenski Rusiyaya qarşı yeni əməliyyatlara razılıq verdi

  • Müəllif: Firuzə
  • 06 Avqust 2025 15:50

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib.

Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.

“Bəzi əməliyyatları təsdiq etdim”, – deyə Ukrayna lideri qeyd edib.

Məlumata görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyukun hesabatını dinləyib. Hesabatda həmçinin döyüş meydanındakı vəziyyət də yer alıb.

Gununsesi.info