Zöhrə Abdullayeva dəfn olundu - FOTO

  • By admin
  • 28 May 2021 17:25

Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayeva dəfn olunub.

O, Xırdalan qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın dəfn mərasiminə əklil göndərib.

xxx

Əməkdar artist Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli olub.

Bu haqda məlumat verən aparıcı Hacı Nuran Hüseynov sənətçinin Xırdalanda torpağa tapşırılacağını bildirib: “Hazırda mərhumun cənazəsi öz evindədir. Xırdalan qəbiristanlığında anasının məzarının yanında dəfn olunacaq”.

Qeyd edək ki, Z.Abdullayeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. (baku.vs)

Gununsesi.info