Əhməd Cavad adına məktəbdə acınacaqlı durum

“Dəfələrlə məsələ qaldırmışıq ki, Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Bununla bağlı addım atılmır”.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Naqif Həmzəyev danışıb.

Deputat xatırladıb ki, bu il Əhməd Cavadın 130 illiyi keçiriləcək:

“Əhməd Cavad Azərbaycanda və Türkdünyasında olduqca önəmli bir şairdir. Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məktəbin bərpası həyata keçirilsin”.

Gununsesi.info