Ərdoğan Nazirlər Kabineti və AKP-ni dəyişdirir – Yaxın zamanda…

  • By admin
  • 23 Fevral 2021 11:55

“Ərdoğan həm Nazirlər Kabineti, həm də Ədalət və İnkişaf Partiyasının idarəçiliyində bəzi dəyişikliklərə gedəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyət”in köşə yazarı Hande Fırat bildirib.

“İslahat gündəmli bahar” başlıqlı yazısında kulislərdə məsələ barədə gedən müzakirələri qələmə alan Fırat AKP-də konqres prosesinin sona yaxınlaşdığını qeyd edib: “4 mart günü böyük konqres qurulacaq.

Sözügedən dəyişikliklərlə birlikdə islahatlara da ağırlıq verərək 2023-cü ilə hazırlıqlar aparılacaq. Avropa İttifaqı və ABŞ-a, onlardan gələn bütün mənfi addımlara rəğmən, “hamının qazanması” formuluna əsaslanan yaxşı münasibətlər qurulmaq istəndiyi mesajları verilir. Qərbin Türkiyədən insan haqları və demokratiya mövzularında konkret addımlar görmək istədiyi də bəllidir. Bu çərçivədə qarşıdakı müddətdə İnsan Haqları Fəaliyyət Planının açıqlanması gözlənilir”.

Gununsesi.info